Site ID: 65474

As a leader in the electronic testing industry, Pearson VUE continually strives to provide the best possible testing experience for each and every client, partner and test taker.


 

Biz nə ilə məşğuluq

 

Hər il 14 milyondan artıq nəfər bütün dünyada PearsonVUE ilə imtahan verir. Çox güman ki, siz və ya tanışlarınız bu yaxınlarda bizdə test vermisiniz. Qonşunuz, proqramçı ... atanızın tibb bacısı, uşaq müəllimi, daşınmaz əmlak üzrə agent və ya biznes məktəbinə qəbul olmaq istəyən universitet məzunu ... PearsonVUE testi zamanı hamı öz bacarıqlarını, biliklərini və öhdəliklərini nümayiş etdirir.

Dünyada 450-dən çox kvalifikasiya sahibi öz test proqramlarını inkişaf etdirmək, idarə etmək, çatdırmaq və yaxşılaşdırmaq üçün PearsonVUE-nu seçir. PearsonVUE yüklənən praktiki testlərdən ən təhlükəsiz test şəraiti tələb edən qiyabi imtahanlaradək və bir çox digər məsələlər üzrə lider sayılır.

Biz, demək olar ki, bütün sahələrdə test sahiblərinə və namizədlərə xidmət göstəririk.

 

 

 

Biz kimik

Cəsarətli. Yaradıcı. Layiqli. Bu sözlər tək şüar deyil; onlar bizim ən əhəmiyyətli dəyərlər arasındadır. Korporativ mədəniyyətimizə daxil olan bu prinsiplər bizə yaxşı xidmət edib və bu, ən innovativ məhsullara və xidmətlərə, yaradıcı və məhsuldar iş münasibətlərə və hörmətli, vicdanlı əlaqələrə səbəb oldu. PearsonVUE təhsil dünyasında ən böyük sayılan və bütün dünyada çalışan 40.000 əməkdaşı olan “Pearson” şirkətinin hissəsidir.

 

Niyə bizi seçirlər

Cavab çox sadədir. Biz bunu “PearsonVUE-nun fərqi” adlandırırıq. Biz PearsonVUE biznesini son texnologiya ilə qurmuşuq və bu, imtahanları təhlükəsiz aparmağa, müştərilərimizə və bütün dünyadakı namizədlərə yüksək səviyyədə xidmət etməyə imkan verir.

Imkanlarımız, müştərilərə və namizədlərə xidmət yolları haqqında daha çox məlumat əldə edin.

 

Biz harada yerləşirik

PearsonVUE-nun baş ofisi Minnesota ştatı Minneapolis şəhərinin ətrafında, regional ofisləri isə ABŞ, Böyük Britaniya, Dubay, Avstraliya, Hindistan, Yaponiya və Çində yerləşir. Ofislərimizin ünvanını əlaqə məlumatı əldə etmək.

Rəylərinizi gözləyirik. Daha çox məlumat üçün bizimlə əlaqə saxlayın.

28 M/St, Baku Central Hub Pushkin Street, Demir Yol Plaza, 15,16th floors Baku AZ1010, Republic of AzerbaijanBaku AZ1022, Republic of Azerbaijan

T: (994 12) 599-00-61 • T: (99412) 599-00-62 • T: (99412) 599-00-63 • E: info@exams.az

© 2013- GRBS® INTERNATIONAL EXAMINATION CENTER

Join us on: